Azpetrol

From Oil4All
Jump to: navigation, search

Xülasə

Azpetrol 1997-ci ildə Bakıda öz yanacaqdoldurma mətnəqələrini açıb və onun əsas fəaliyyəti öz stansiyalar şəbəkəsi vasitəsilə yanacaq satışıdır.[1] Its parent company Azpetrol International Holdings is registered in Amsterdam.[2] Onun ana şirkəti Azpetrol International Holdings Amsterdamda qeydiyyatdan keçib. Təxminən 300 mln. dollar dəyətində əmlaka malikdir və ən böyük yanacaqdoldurma stansiyaları şəbəkəsini idarə edir. Həmçinin iki neft terminalına malikdir. Bunlardan biri Bakı-Tbilisi-Ceyhana (BTC) qoşulub.[3] Azpetrol həmçinin “Azertrans” şirkəti vasitəsilə neft və qaz nəql edir.[4]

Mülkiyyət hüququnun keçməsi

Economist qəzeti bir vaxtlar Azpetrol-u Azərbaycanda ən yaxşı perspektivli şirkət adlandırırdı, lakin o, 2005-ci il parlament seçkiləri zamanı ələ keçirildi, şirkətin əsas səhmdarları isə həbs edildi.[5]

2005-ci ilin oktyabrına qədər şirkətə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşı Rafiq Əliyev rəhbərlik edirdi, onlar hər ikisi İlham Əliyev hökumətini devirmək cəhdində ittiham edilərək, həbs olundu. 20 dekabr 2005-ci ildə Azərbaycan İqtisad Məhkəməsi Azpetrol-un mülkiyyət hüququnun təsisçilərdən biri və 0,5% səhmə malik olan İbrahim Məmmədova verilməsi haqqında qərar qəbul etdi. Şirkətin səhmlərinə malik olan Hollandiyanın Allied Meridian şirkəti bunu “Azərbaycan hökuməti tərəfindən şirkətə qarşı düşmənçilik addımları” adlandırıb və dövlət, vergi və hüquq-mühafizə orqanları və SOCAR dövlət neft şirkəti tərəfindən təzyiq olduğunu iddia edib. [6]

Qeydlər

  1. "Official site" Azpetrol Ltd., retrieved 25 July 2012.
  2. "[Company Overview of Azpetrol International Holdings B.V. Azpetrol In]" Bloomberg, retrieved 25 July 2012.
  3. "Observers: Azpetrol Shake-Up Could Affect Investments in Azerbaijan" Eurasianet, 9 January 2006.
  4. "AzerTrans Ltd" Caspian Business Integration Club, retrieved 18 March 2013.
  5. "Boom an Gloom" Economist, 8 March 2007.
  6. "Observers: Azpetrol Shake-Up Could Affect Investments in Azerbaijan" Eurasianet, 9 January 2006.