Bakı-Tbilisi-Ceyhan neft kəməri

From Oil4All
Jump to: navigation, search

Xülasə

Beyker Hyuqun “dünyada ən böyük layihələrdən biri” kimi təsvir etdiyi və hətta “əsrin boru kəməri” adlandırılan[1] BTC boru kəməri 2005-ci ildə fəaliyyətə başlayıb. 1768 km. uzunluğu olan bu boru kəməri Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçir və Xəzər dənizindən çıxarılan nefti Aralıq dənizindəki Ceyhan terminalına nəql edir. Səngəçal terminalı Xəzər dənizi sahilində neft kəməri üçün göndəriş nöqtəsidir.[2]

BTCpipelineroute.png

Geosiyasi əhəmiyyəti

Gürcüstanın Rusiyadakı səfiri Qriqol Mqaloblişvili layihənin geosiyası nəticələri və Cənub Neft Dəhlizi və Avropaya qaz nəqliyyatı marşrutlarında rolu haqqında danışarkən bildirib ki, “bu layihə regionda yeni eranın başlanğıcını səciyyələndirir ki, bu da Xəzər enerji resursları üçün tranzit marşrutlarının istənilən şəkildə inhisarı imkanını istisna edir. Xəzər karbohidrogenlərinin dünya bazarına nəqli yollarının müxtəlifləşdirilməsi ən böyük nailiyyətdir”.[3]

Böyük Britaniya hökuməti boru kəmərini “Azərbaycan neftinə marağı bərpa edən təməl” adlandırıb”.[4] ABŞ hökuməti də Rusiya vasitəsilə nəqldən uzaq olaraq, Qafqaz və Mərkəzi Asiyanın Rusiya boru kəmərindən asılılığını azaltmaq və və region ölkələrin iqtisadiyyatlarini dəstəkləmək ücün bu boru kəmərlərinin dəstəkləyib.[5]

Tutum

TBTC boru kəmərinin keçirmə qabiliyyəti gündə bir milyon barrel neft, [6] və ya dünya istehlakının ümumi həcminin 1,5 faizini təşkil edir.[7]

Lakin Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin fikrincə, Azərbaycanda və Qazaxıstanda daha çox karbohidrogen istehsal etmək planlarını nəzərə alaraq, 2010-cu ildə keçirmə qabiliyyətini gündə 1,4 milyon barelə qədər artırmaq planlaşdırılır. (bax.: Transxəzər boru kəməri).[8]

İnvestorlar

Bakı-Tbilis-Ceyhan boru kəməri şirkəti 2002-ci ildə qaz kəmərinin tikintisi, idarə edilməsi və istehsalı üçün yaradılıb. 2012-ci ildən etibarən BP tərəfindən idarə olunan şirkətin o cümlədən BP (30,1%), AzBTC (25%), Chevron (8,9%), Statoil (8,71%), TPAO (6,53%), Eni (5%), Total (5%), İtochu (3,4%), İNPEX (2,5%), ConocoPhillips (2,5%) və Hess (2,36%) də daxil olmaqla, 11 səhmdarı var idi. [1][9] 2005-ci ildə qaz kəməri layihəsi başa çatdıqdan sonra 4 mlrd. ABŞ dolları dəyəri var idi.[10]

2005-ci ildə Human Rights Watch-un məruzəsində demokratiya, insan hüquqları və qanunun aliliyi ilə bağlı razılaşdırılmış şərtlər olmadan BTC boru kəməri üçün 125 mlrd. ABŞ dolları xərcləyən Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tənqidə məruz qalıb.[11]

Qeydlər

  1. "From the sea to the coast: the Baku – Tbilisi – Ceyhan Pipeline " Pipelines International, June 2012.
  2. "Azerbaijan" Baker McKenzie, June 2012.
  3. "From the sea to the coast: the Baku – Tbilisi – Ceyhan Pipeline " Pipelines International, June 2012.
  4. "The Caspian Basin, Energy Reserves and Potential Conflicts" House of Commons Research Library, 16 March 2005.
  5. "Where business meets geopolitics" Economist, June 2012.
  6. "Baku-Tbilisi-Ceyhan Pipeline" BP Caspian', retrieved 23 August 2012.
  7. "From the sea to the coast: the Baku – Tbilisi – Ceyhan Pipeline " Pipelines International, June 2012.
  8. "BTC pipeline throughput increasing in 2011" Oil and Gas Journal, 6 April 2010.
  9. "From the sea to the coast: the Baku – Tbilisi – Ceyhan Pipeline " Pipelines International, June 2012.
  10. "Where business meets geopolitics" Economist, June 2012.
  11. "The Caspian Basin, Energy Reserves and Potential Conflicts" House of Commons Research Library, 16 March 2005.