Qlobal neft şirkətlərinin şəffaflığı (TI hesabat)

From Oil4All
Jump to: navigation, search

2011-ci ilin martında Transparency International (TI) bütün dünya üzrə 42 neft və qaz şirkətinin yer aldığı məlumat şəffaflığı haqqında məruzə dərc edib..[1]

Nəticələr

Məruzədə təhlilin yekunları verilib və bir neçə əsas nəticə çıxarılıb:

  • Neft və qaz şirkətləri korrupsiyaya qarşı mübarizə proqramlarını getdikcə daha çox qəbul edir və hamı üçün əlçatan edir, lakin indiyədək antikorrupsiya kodlarını, siyasətlərini və ya tədbirlərini dərc etməyən bir çox şirkət mövcuddur.
  • Bu bölmədə tərəfdaş və törəmə şirkətlərin, o cümlədən onların qeydiyyatda olduqları ölkələrin, əsas təşkilat elementləri və orta nəticələrin açıqlanması səviyyəsi nisbətən yüksək idi. Bir çox milli neft şirkətləri yaxşı informasiya açıqlığı səviyyəsinə malikdirlər. Bununla belə, neft-qaz sənayesində kapital və ya tərəfdaşların fəaliyyət sahələri nadir hallarda açıqlanır, baxamyaraq ki, az sayda tərəfdaşın bərabərliyi çox vaxt korrupsiya riskinə yol açır.
  • PRT-nin 2008-ci ildə istehsal səviyyəsi haqqında hesabatı hamı tərəfindən qəbul edilmiş standarta çevrildikdən sonra beynəlxalq əməliyyatlar haqqında məlumatların açıqlanması səviyyəsi yaxşılaşıb və maliyyə məlumatlarının və ehtiyatların kifayət qədər yaxşı açıqlanması ilə bağlı nümunələr var. Amma ölkədə beynəlxalq əməliyyatlar haqqında məlumatların açıqlanması səviyyəsi aşağı olaraq qalmaqdadır, bir çox şirkətlər ölkə səviyyəsində maliyyə bölgüsü məlumatlarını açıqlamır. Məlumat zəif açıqlandığı üçün öz-özlüyündə qəbul edən ölkənin ətraf mühitinin qiymətləndirilməsi mümkün deyil. Çox vaxt “çətin mühit” kimi təsvir edilən həmin qəbul edən ölkələrdə, bəzi şirkətlər ətraflı məlumat yayır, bir halda ki, digərləri çox az məlumat yayır və ya ümumiyyətlə yaymır.

Əsas siyasətlə bağlı tövsiyələr

Şirkətlər üçün

  • Korrupsiyaya qarşı ətraflı mübarizə proqramları ictimaiyyət üçün açıq olmalıdır.
  • Şirkətlər üzərinə antikorrupsiya proqramlarının həyata keçirilməsi ilə bağlı könüllü müstəqil zəmanətlər götürməlidir.
  • Şirkətlər törəmə müəssisələri və fəaliyyət sahələri haqqında ətraflı məlumat dərc etməlidir.
  • Neft və qaz şirkətləri ölkələr üzrə hesabatlılığı artırmalıdır.

Şirkətlər Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə qoşulmalıdır.

  • Şirkətlər müasir korporativ veb-saytlar yaratmalı və inkişaf etdirməlidir.

Milli Neft Şirkətləri (MNŞ) üçün

  • Bütün MNŞ beynəlxalq və ya hamı tərəfindən qəbul edilmiş mühasibat uçotu standartlarını tətbiq etməli, habelə hesabların müstəqil auditor yoxlamalarının nəticələrini dərc etməlidir.
  • Qəbul edən hökumətlər və MNŞ arasında münasibətlər dəqiq müəyyən edilməli və elan edilməlidir.

İctimai təşkilatlar üçün

  • Avropa İttifaqı müvafiq qanunvericiliyə Aİ-də qeydiyyatdan keçmiş şirkətlərin ölkələr üzrə əməliyyatları haqqında məlumat verməsi tələbini təsbit edən dəyişiklik etməlidir.
  • Neft və qaz istehsalçılarını qəbul edən bütün hökumətlər şirkətlərdən ölkələr üzrə fəaliyyətləri haqqında məlumat tələb etməlidirlər.
  • Fond birjaları hesabatlılıq səviyyəsində nəzərdə tutulmuş normalara riayət olunmasını təmin etməlidir.

Birlik investorları üçün

  • Beynəlxalq reytinq agentlikləri və risk edən analitiklər müvafiq hallarda risklərin qiymətləndirilməsi modellərinə korrupsiyaya qarşı mübarizə tədbirləri daxil etməlidir.
  • Beynəlxalq maliyyə hesabatlılığı standartları ('International Accounting Standards Board') şirkətlərdən ölkələr üzrə mühüm məlumatları açıqlamağı tələb etməlidir.
  • Korporativ məsuliyyət göstəricilərinə antikorrupsiya proqramları üzrə hesabat, təşkilat səviyyəsində və ölkə səviyyəsində açıqlamalar daxil olmalıdır.

Qeydlər

  1. "Promoting Revenue Transparency: 2011 Report on Oil and Gas Companies" Transparency International website Retrieved 25 October 2011.