SOCAR Trading

From Oil4All
Jump to: navigation, search

Socar Trading SA (STSA) 2008-ci ildə SOCAR-ın törəmə müəssisəsidir, 2008 ildə neftin bir hissəsinin birbaşa satış üçün ondan istifadə olunmağa başlayıb.[1]

Şirkətin baş ofisi Cenevrədə yerləşir, Bakıda 100-ə yaxın əməkdaşı (2010-cu ilin sonlarına onal məlumata görə) və Sinqapurda, Vyetnamda, Dubayda və Lagosda ofisləri var. Nyu-Yorkda, Qahirədə və İstanbulda yeni ofislər açılması planlaşdırılır.[2]

2013-cü ilin martına olan məlumata görə, şirkətə Rusiyanın Lukoil şirkətinin ticarət şöbəsinin keçmiş rəhbəri Valeri Qolovuşkin rəhbərlik edirdi.[3][4]

Fəaliyyəti

Türkiyənin Ceyhan limanından ixrac edilən SOCAR neftinin böyük hissəsin xammal neft və neft məhsulları partiyası olaraq ticarəti həyata keçirilir.[5]

Şirkətin satdığı əsas məhsul - 'Azeri Light', növü Liviya neftinə bənzərdir. Prezident Qolovuşkinin sözlərinə görə, bu mənada əsas rəqib Liviya və Nigeriya neftidir.[6]

2010-cu ildə şirkət neft satışını, öz neftindən əlavə olaraq, digər neft istehsalçılarının neft məhsullarının ticarətini artırıb.[7] 2013-cü ildə SOCAR Trading BƏƏ-də ildə 300 min ton gücü olan neft terminalı açmağı planlaşdırır ki, bu da Yaxın Şərqdə Azərbaycan neftinin ticarəti üçün əlavə imkanlar açacaq.[8]

In 2013 SOCAR Trading planned to open a 300,000-tons-per-year oil terminal in the United Arab Emirates, opening up additional opportunities for the company to trade Azerbaijani oil in the Middle East, according to industry watcher Ilham Shaban.[9]

PFC Energy-nin məsləhətçisi Yuliya Nanay hesab edir ki, Şah-Dəniz yatağında qaz hasilatı artdıqca SOCAR karbohidrogen ticarətində böyük təcrübə qazanacaq.[10]

Mülkiyyəti

Jurnalist Xədicə İsmayılovanın sözlərinə görə, Socar Trading qurumu və onun fəaliyyəti “birmənalı deyil”. Mülkiyyət paylarının və subpodratçılar tərkibinin müəyyən edilməsi həddindən artıq çətindir. İsmayılova iddia edir ki, şirkətin yarısı SOCAR-a, yarısı isə özəl investorlara məxsusdur, lakin onların kimliyi məlum deyil, çünki açıq müsabiqə keçirilməyib.[11]

SOCAR-Trading-in təsisçisi Supra Holding Limited şirkətidir (Malta). [12] SOCAR əvvəlcə şirkətdə səhmlərin 50%-nə sahib idi, sonradan onları 80%-ə qədər artırdı.[13] Amma 2012-ci ilin sonlarında Türkiyə mətbuatı bildirdi ki, iqtisadi məsələlər üzrə vitse-prezident Süleyman Qasımovun bəyanatına əsasən, SOCAR ilin sonlarına qədər SOCAR Trading SA-nın 100% sahibi olacaq. Bu, 2012-ci il ərzində səhmlərin əldə edilməsi prosesində addımbaadım həyata keçiriləcək.[14]

Tənqid

2012-ci ilin noyabrında İsveçrədə Azərbaycan vətəndaşları çirkli pulların yuyulmasında və offşor hesablardan istifadədə ittiham olunan SOCAR-ın ticarət əməliyyatlarının şəffaf olmaması ilə əlaqədar etiraz aksiyası keçiriblər.[15]

SOCAR Trading nümayəndələri tənqidi rəsmi olaraq təkzib edərək, bunun SOCAR-ın ölkədə və xaricdə “strateji layihələrinin uğurlarını” qısqanan qərəzli qüvvələrin işi olduğunu iddia edib.[16]

Xarici keçidlər

Rəsmi sayt: www.socartrading.ch

Qeydlər

  1. Corruption and oil in AzerbaijanOsservatorio Balcani i Caucaso , 13 January 2012.
  2. World office locationsSOCAR Trading , retrieved 18 March 2013.
  3. ManagementSOCAR Trading , retrieved 18 March 2013.
  4. Mr Golovushkin interviewed on ReutersSOCAR Trading , retrieved 18 March 2013.
  5. World office locationsSOCAR Trading , retrieved 18 March 2013.
  6. Higher oil prices to boost Socar Trading revenueArab News, 7 September 2011.
  7. SOCAR plans to increase third-party oil salesTrend, 20 September 2010.
  8. Higher oil prices to boost Socar Trading revenueArab News, 7 September 2011.
  9. HAzerbaijan: Can Baku Emerge as Middle Eastern Energy Supplier?Eurasianet, 7 September 2011.
  10. Azerbaijan state oil group targets EuropeFinancial Times, 19 June 2012.
  11. Corruption and oil in AzerbaijanOsservatorio Balcani i Caucaso , 13 January 2012.
  12. Supra Holding LimitedHoovers , retrieved 18 March 2013.
  13. SOCAR: Swiss enterprises do not belong to private individualsContact.az , 19 July 2012.
  14. Major Events in Caspian Countries' Oil and Gas Industry for Last WeekTurkish Weekly , 12 November 2012.
  15. Azerbaijanis in Switzerland Protest against SOCAR’s Shadowy DealingsAzeri Report , 19 November 2012.
  16. SOCAR successfully operates in Switzerland to strengthen economic power of AzerbaijanSOCAR , 20 July 2012.